Futbol üzrə ABŞ yığmasının yeni baş məşqçisinin adı məlum olub.
Futbolinfo.az xəbər verir ki, millinin “sükanı arxasına” Qreqq Berhalter gətirilib. Bu barədə ABŞ mətbuatı məlumat yayıb. Tərəflər arasında 4 illik müqailə imzalanacaq.
Xəbərdə yeni baş məşqçinin dekabrın 4-də, Nyu-Yorkda ictimaiyyətə təqdim olunacağı bildirilib.
Berhalter 2019-cu ilin yanvarında öz işinə başlayacaq.
45 yaşlı mütəxəssisin əsas vəzifəsi ABŞ millisini 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə çıxarmaqdır.
Berhalter son olaraq ABŞ-ın “Kolumbus Kryu” klubunu çalışdırırdı.