Futbol üzrə UEFA Millətlər Liqasının qalibinin müəyyənləşəcəyi final mərhələsinin püşkü atılıb.

Futbolinfo.az xəbər verir ki, A liqasının qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın yarımfinalında Portuqaliya – Hollandiya və İsveçrə – İngiltərə cütləri mübarizə aparacaq.

Final mərhələsinin oyunları Portuqaliyada keçiriləcək. 2019-cu il iyunun 5-6-da yarımfinal, iyunun 9-da isə final və 3-cü yer uğrunda görüşlər olacaq.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında yer aldığı D liqasının 3-cü qrupunda 2-ci yeri tutub və pley-offa vəsiqə qazana bilməyib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp