“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Premyer Liqada “Keşlə”ni məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirilib.

Futbolinfo.az xəbər verir ki, Qurbanov komandasının 5:1 hesablı qələbəsini belə şərh edib:

– Komandamı təbrik edirəm. Vacib qələbə idi. Son vaxtlar çox bəsit qollar buraxırıq. Rəqib qapısına 5 qol vurmaq, bəzən hər futbolçuya, hər komandaya lazımlı olur. "Keşlə" asan rəqib deyil.

– Qolların ardıcıl gəlməsi nəylə bağlıydı?
– İlk hissədə də qol imkanlarımız çox oldu. Bəzən qol imkanlarından çətin istifadə edirsən, bəzən də əksinə. Qapımızdan çox sadə qol buraxdıq. İkinci hissədə daha istəkli meydana çıxdıq. Komandaya belə hesabların faydası olur.

– Bu matç "Sportinq"dən buraxılan qolların əvəzi idimi?
– Xeyr, belə düşünmürəm. Çalışırıq ki, hər oyun yaxşı çıxış edək. Belə bir fikirimiz yox idi. "Sportinq" məğlubiyyəti bizim üçün ağır idi. O hesab hələ yaddan çıxmayıb. 

– "Sportinq"dən 6 top buraxıb, "Keşlə"yə 5 qol vurmaq, hər iki liqa arasında olan uçurumdurmu?
– Həm liqa, həm də klublar arasında fərq çoxdu. Çox fərq var demək istəməzdim. Rəqibə də hörmətlə yanaşıram. "Sportinq"dən də güclü komandalara qarşı yaxşı oynamışdıq. 

– Matçın bu gün oynanılması, sizin püşkatmaya getməyinizlə bağlıydı, ya yorğunluqla?
– Zaur Axundova zəng etdim ki, bir gün sonraya çəkək. Sırf püşkatmayla bağlı idi.

– Püşkatma mərasimində Rövnəq Abdullayev də iştirak edirdi. Onunla müzakirərləriniz oldumu son durum haqda?
– Püşkatmada görüşdük. Müzakirələrimiz oldu.

– AÇ-2020-də minimum hədəf neçə xal toplamaq olacaq?
– Bu gün səhər gəlmişəm. Rəqiblər də bizə tanış komandalardı. Futbol Avropada sürətlə inkişaf edir. Daha çox maraqlanıb, məlumat toplamalıyıq. Stabil nəticə vemək üçün öz oyununuzu yaxşılaşdırmalısız. Hər oyunda maksimum nəticə üçün çalışmalıyıq. (komanda.az)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp