AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin əvəzedicilərindən ibarət komandası tərəfindən verilmiş apellyasiya şikayəti ilə bağlı qərarını açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, qərarda bunlar qeyd olunub:

“Zirə-2” klubu tərəfindən verilmiş apellyasiya şikayəti rədd edilsin.
 
AFFA İntizam Komitəsinin 13 noyabr 2018-ci il il tarixli Azərbaycan Birinci Divizionunun 10-cu turu çərçivəsində  keçirilən “Turan Tovuz" – "Zirə-2” oyunu başlamazdan əvvəl “Zirə-2” tərəfindən futbolçuların lisenziyaları hakimə təqdim edilmədiyinə görə komandaya 0:3 hesabı ilə məğlubiyyət verilməsi və klubun 80 manat cərimə olunması qərarı qüvvədə saxlanılsın.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp