Bir müddət “Atletiko”, “Liverpul” kimi komandalarda forma geyinən Maksi Rodriqesin yeni klubunun adı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı futbolçu Argentinanın “Nyuellz Old Boyz” klubuna transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Karyerasına elə məhz “Nyuellz Old Boyz”da başlayan Rodriqsin son komandası Uruqvayın “Penyarol” klubu olub.

Rodriqes 2005-2010-cu illər aralığında “Atletiko”da, 2010-2012-ci illərdə isə “Liverpul”da forma geyinib. 2012-ci ildə “Liverpul”dan “Nyuellz Old Boyz”a transfer edilən Rodriqes, 2017-ci ildə “Penyarol”a keçib.

37 yaşlı vinger 57 dəfə də Argentina millisinin uğurları üçün çalışıb.

Shares: