“Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə klubdan ayrılıb. Futbolinfo.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkədə məlumat yayıb: “Hər şey üçün təşəkkürlər, “Qəbələ”. Bir il ərzində özümü evimdəki kimi hiss etdirən komanda yoldaşlarıma, məşqçilərimə və azarkeşlərə təşəkkür edirəm. Komandanın yolu uğurlu və açıq olsun”.
 
Qeyd edək ki, Xəlilzadənin “Sabah”a keçəcəyi bildirilir. Onun transferi üçün “Qəbələ”yə müəyyən məbləğdə təzminat ödəniləcək.
Shares: