“Sabah” klubu qış fasiləsində növbəti transferini rəsmiləşdirib.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, “Sabah”da 17 nömrəli forma geyinəcək.
Karyerası ərzində “Qarabağ”, “Şüvəlan” (AZAL), “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.
Təmkin əsas millidə 10 oyun keçirib, 1 qola imza atıb.
Xəlilzadə “Sabah”n qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Klub bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlamışdı.