2018-ci ildə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, siyahıda birinci yeri Qətərin "Əl-Sədd" klubunda çıxış edən Bağdad Bunedjah tutub. Əlcəzairli hücumçu 40 oyunda 59 dəfə fərqlənib. Bu, dünyanın bütün liqaları arasında ən yüksək göstərici olub. 

İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messi ikinci yerlə kifayətlənib. Argentinalı ulduz 54 oyuna 51 qol vurub. O, Avropanın milli çempionatlarında ən yaxşı bombardirə çevrilib.

Üçüncü yerdə isə Madrid “Real”ını İtaliya "Yuventus"una dəyişmiş Kristiano Ronaldo tutub. Portuqaliyalı hücumçu il ərzində iki klubda 53 oyuna 49 qol müəllifi olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp