“Neftçi” “Qarabağ”la oyunöncəsi ilk psixoloji qələbəni qazandı. Rəhbərliyin mütəmadi görüşləri, səyləri sonucunda “Forza Neftçi” tribunaya qayıtmağa razılıq verdi.

Azarkeşlər klubun üzrxahlığını qəbul etdilər, ortada yanlış anlaşılma olmasıyla razılaşdılar. Bu qərarda – boykotdan əl çəkilməsində – “Neftçi” sevgisi böyük rol oynadı. Hamı son illərdə çempionluğa ən yaxşı fürsətin ələ düşdüyünü qəbul etdi və birləşməyə qərar verdi. İndi azarkeşlər futbolçularla bütünləşib “Qarabağ”ın hegemonluğuna son qoymağa cəhd edəcək.

Təbii ki, medalın iki üzü var. Yəni ki, uğursuzluq da mümkündü. Həm rəqib güclüdü, həm də oyun səfər matçı sayılır. Amma “Neftçi” azarkeşi kluba sevgini təkcə nəticəyə görə bəsləmir. Zövq verən oyun da onlara kifayətdi. Təki komandanın güclü olduğunu, ağdamlıların kölgəsində qalmadığını görsünlər. Bu məsuliyyəti isə futbolçular başa düşməlidi.

Ağdamlı fanatlar da bu matça biganə qalmayacaq. Bu oyunda məhz onların sayəsində mövsümün azarkeş rekordu qırıla bilər. Riçard Almeyda və Reynaldonun dönüşü onları həvəsləndirib, sevimlilərini görmək üçün bazar axşamını tribunada keçirəcəklər. “Forza”nın dönüşü onları da qıcıqlandıracaq, qarşılıqlı şüarlar, atmacalar matça rəng qatacaq. Təki əndazə aşılmasın, hamı futbol bayramına şahidlik etsin.

Bu iki klubun fanatları da möhtəşəmdi, hazırkı klubların tərəfdarları arasında ölkədə ən yaxşılardı. Onların biri olmasaydı, tamaşanın marağı qalmazdı. Hələ oyuna xeyli var, qoy, onlar da Respublika stadionunda kimin daha çox kreslo tutacağı iddiası ilə bəhsə girsinlər.

photo 20122 - Futbolinfo.az

neftci azarkesleri qarabaga ilisdi foto 15179 - Futbolinfo.az

Shares: