Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirmək üçün Latviyaya yola düşüb.

Futbolinfo.az xəbər verir ki, Bakı-İstanbul-Riqa reysi ilə səfər çıxan komandamız oyunun keçiriləcəyi Liepaya şəhərinə çatıb. 

“Liva” otelində məskunlaşan milli üzvləri aprelin 11-də, saat 19:00 (Bakı vaxtı ilə 20:00), ertəsi gün isə saat 18:00 (Bakı vaxtı ilə 19:00) Latviya yığması ilə qarşılaşacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp