“Qəbələ” Tale Heydərovun klubun prezidenti vəzifəsindən istefa verməsinə qısa münasibət bildirib.

Futbolinfo.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov qol.az-a açıqlamasında qərarın bu gün verildiyini söyləyib: “Qərar bu gün verilib. Dərhal da klubun rəsmi saytında açıqlandı. Hələlik olan məlumat budur. Amma çox qısa müddətdə lazımı açıqlama veriləcək”.

Klubun gələcək taleyi haqda da danışan Z. Əzizov yaxın vaxtlarda məsələ ilə bağlı daha geniş açıqlama veriləcəyini deyib: “Bu gün üçün hər kəs işinin başındadır. Komanda səhər məşqini edib. Əlavə hər hansı dəyişiklik baş verməyib. Yenə deyirəm, ən yaxşısı gözləməkdir. Daha geniş açıqlamadan sonra bütün suallara aydınlıq gələcək”.

Qeyd edək ki, 2006-cı ildən "Qəbələ" İdman Klubunun prezidenti vəzifəsində fəaliyyət göstərən Tale Heydərov bu gün istefa verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp