“Qarabağ” sürpriz transferə hazırlaşır. Ağdamlılar “Aleksandriya”da oynayan Pavel Paşayevlə danışıq aparır.
Millimizin müdafiəçisinin Ukrayna klubu ilə müqaviləsi yayda başa çatır. “Atlılar” da fürsətdən istifadə edərək onu heyətinə qatmaq niyyətindədi. 31 yaşlı müdafiəçinin 2017-ci ildən oynadığı klubdan ayrılmaq istədiyi dəqiqdi.
Baş məşqçi Qurban Qurbanov “Dnepr” yetirməsi olan Paveli millidə işləyərkən bəyənib. Həmin vaxtdan futbolçunu izləyən çalışdırıcı onun ağdamlılara da fayda verəcəyi qənaətindədi.