"Barselona" kimi yüksək səviyyəli komandaya qarşı oynadıq. Topun onlarda daha çox qalacağını və bizim isə daha çox müdafiə olunacağımızı bilirdik. Messi fantastik oyunçudur. Onu zərərsizləşdirməyi bacardığımızı düşünürəm. Ancaq digər detallarda pis idik. Qapıya zərbələr endirə bilmədik" – bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya 0:1 hesabı ilə uduzduqları ilk oyundan sonra deyib.
 
"Nəticəyə görə məyusuq. "Nou Kamp"a qol vurmaq üçün gedəcəyik. Düzdü, çətin olacaq, amma bunu reallaşdırmağa çalışacağıq" – deyə o bildirib.
 
Norveçli mütəxəssis oyuna gərgin başladıqlarını vurğulayıb: "Oyuna yaxşı başlamadıq. Buraxdığımız qoldan sonra özümüzə gəldik. Yarımmüdafiədə yaxşı idik. Azərkeşlər bizi dəstəklədilər. Daha artığını etməli idik".
Shares: