Almaniya çempionu “Bavariya” ciddi itkiylə üzləşib.

Futbolinfo.az xəbər verir ki, Münhen təmsilçisinin qapıçısı Manuel Noyer zədələnib. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya Bundesliqasının 29-cu turunda "Fortuna" ilə oyunda (4:1) zədələnən Noyer, 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Noyer "Bavariya"nın Bundesliqanın 30-cu turu çərçivəsində "Verder", 31-ci turunda isə "Nürnberq"lə qarşılaşacağı oyunda iştirak etməyəcək.

Shares: