AFFA özü manipulyasiya edir. Matçların nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı qərar verən qurum, vəziyyətdən istifadə edərək, guya araşdırma apardığını göstərir. Assosiasiyanın I divizionda gedən şıdırığı alveri, oyunların bukmeker kontorlarının obyekti olduğunu görməməsi, əvəzində Region Liqasına diqqət yetirməsi maraqlıdı.
 
Rəsmi məlumatda yazılıb:
Region Liqasının 2-ci pley-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilmiş “Füzuli” – “FC Baku” (ilk oyun 1:1, cavab oyunu 0:1) oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya məlumat daxil olub. Daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan “FC Baku” – “Şahdağ” oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınır.
 
Burada konkret ittiham yoxdu, nəyin araşdırıldığı da bilinmir. Amma “Futbolinfo” kiçik araşdırma ilə qərarın verilmə səbəbini müəyyənləşdirdi. Məlum oldu ki, ortada hansısa bukmeker marağı yoxdu. Bu oyunlara onsuz da “stavka” qəbul edilmir, söhbət bəzi futbolçuların rəqib düşərgəyə “satılmasından” gedir.
 
Əldə etdiyimiz məlumata görə, “Füzuli”nin rəhbərliyi bəzi oyunçularının rəqibə bilərəkdən təslim olması səbəbi ilə AFFA-ya müraciət edib. Konkret adlar da verilib və onların “FC Baku” rəsmiləri ilə görüşərək “alındığını” düşünürlər. Assosiasya da ittihamı nəzərə alaraq, növbəti matçın təxirə salınmasını məqsədəuyğun bilib. Araşdırmanın necə aparıldığı gizli saxlanılır, lakin qərar yaxın zamanlarda verilməlidi. Çünki yarış yekunlaşmalıdı və yarımfinal mərhələsinin oyununu çox yubatmaq olmaz.
 
AFFA qolunu çırmamışkən, diviziona da diqqət etsə, pis olmaz. Çünki bu yarışda problem daha ciddidi.
Shares: