Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Zirə” – “Sumqayıt” görüşündə nadir təsadüf olunan 3:3 hesablı heç-heçə qeydə alınıb.
Futbolinfo.az xəbər verir ki, yarışın 27 illik tarixində 5-ci dəfə bu nəticəyə təsadüf olunub.
Sonuncu belə məhsuldar heç-heçə 2015/16 mövsümündə qeydə alınmışdı. Həmin vaxt “Qaradağ Lökbatan”la “Şərurspor” hərəyə üç qol vurub.
1993-cü ildə “Pambıqçı” (Neftçala) – “Avtomobilçi”, 1998/99 mövsümündə isə “ANS-Pivani” – “Babək” matçları da bu hesabla başa çatıb. 1993/94 mövsümündə isə indiki kimi yarımfinalda altı qolluq heç-heçə qeydə alınıb. “Kəpəz”in “Kür-Nur”la matçında qalib müəyyənləşməyib.