“Zirə” daha iki oyunçusunu itirəcək. Komandanın təcrübəli oyunçuları – İlkin Qırtımov və Vüqar Mustafayev yeni müqavilə imzalamaqdan imtina edib.
 
Adı çəkilən futbolçular klubdan gedəcəklərin siyahısına salınmamışdı. Lakin onlar özü qalmaqdan boyun qaçırıb. Baş məşqçi Samir Abasovla işləmək istəməyən, onun davranışından narazı qalan bu oyunçular başqa klublarla danışıq aparır.
 
Həm İlkin, həm də Vüqar artıq “Keşlə” ilə razılığa gəlib. Lakin onlardan heç biri müqaviləyə imza atmayıb. “Sumqayıt”a yollanmaq variantı da olduğundan futbolçular gözləmə mövqeyindədi. Onların “Zirə”də qalmayacağı isə dəqiqdi.
 
“Qartallar” onlara əvəzləyici də tapıb. Vüqarı “Qəbələ”dən gələn Elvin Camalov əvəz edəcəksə, İlkinin də yerinə İlqar Qurbanovun gəlişi gözlənilir. Bu futbolçu da “Qəbələ” ilə vidalaşacaq.
Shares: