Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi türkiyəli qapıçı Eray İşcanla Fil Dişi Sahili yığmasının yarımmüdafiəçisi Bris Dja Djedjeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Erayla 2 illik müqavilə imzalanıb. 27 yaşlı qolkiper “Qalatasaray”ın yetirməsidi. O, İstanbul klubunda 18 oyun keçirib. İşcan Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

Djedje isə “Ankaragücü”ndən transfer olunub. Onunla 1 illik müqavilə imzalanıb. 29 yaşlı futbolçu “Ankaragücü”nə ötən mövsüm İngiltərənin “Uotford” klubundan transfer edilmişdi. Fil Dişi Sahili yığmasında 7 oyun keçirmiş yarımmüdafiəçi, Marsel “Olimpik”i və “Lans”da da forma geyinib. 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp