Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi yunanıstanlı yarımmüdafiəçi Emmanuil Siopis və mərakeşli hücumçu Yasin Bammunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Siopis yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. 25 yaşlı yarımmüdafiəçi ötən mövsümü “Aris”də keçirib. Yunanıstan yığmasında da çıxış edən futbolçu, əvvəllər “Olimpiakos”, “Platanias” və “Panionios” klublarında da oynaayıb. O, geridə qalan mövsümdə 27 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Bammu isə Fransanın “Kan” klubundan 1 illik icarəyə götürülüb. 27 yaşlı hücumçu ümidləri doğrultsa, Kayseri klubu onu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna da malik olacaq. Vaxtilə “Nant”ın da şərəfini qorumuş futbolçu Mərakeş yığmasında 7 oyun keçirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp