Hollandiyanın “Ayaks” klubu hücumçusu Duşan Tadiçlə bağlı qərarını verib.

Futbolinfo.az xəbər verir ki, tərəflər yeni müqaviləyə imza atıblar. Yeni anlaşmaya əsasən, serbiyalı forvard 2023-cü ilə qədər bu klubun uğurları üçün çalışmağa davam edəcək.

Müqaviləyə xüsusi maddə də əlavə olunub. Belə ki, razılığa görə, Tadiç 2023-cü ildən etibarən “Ayaks”ın akademiyasında uşaq məşqçisi kimi fəaliyyətə başlayacaq və azı 2026-cı ilə qədər bu vəzifədə çalışacaq.

30 yaşlı hücumçu geridə qalan mövsümdə “Ayaks”da 56 oyuna çıxıb, 36 qol vurub. Bu üzdən də onun başqa Avropa nəhənglərindən hansınasa transferi gündəmdə idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp