Türkiyənin “Qazişəhər Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, yeni mövsümdən Super Liqada mübarizə aparacaq klub polşalı sağ cinah müdafiəçisi Pavel Olkovskini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Olkovski son olaraq İngiltərənin “Bolton” klubunun formasını geyinib. O, Polşa yığmasında 13 oyuna çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp