İngiltərənin “Arsenal” klubuna yeni texniki direktor təyin olunub.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisi bu vəzifəyə keçmiş futbolçusu Edunu gətirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi 2001-2005-ci illər aralığında “Arsenal”da forma geyinib. O, “topçular”ın heyətində iki dəfə İngiltərə çempionu olub.

“Korintians”ın yetirməsi olan, karyerasını da məhz bu klubda başa vuran Edu, 4 il İspaniyanın “Valensiya” komandasının da şərəfini qoruyub. O, 2010-cu ildə zədə səbəbindən karyerasını bitirmək məcburiyyətində qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp