Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Anje”nin hücumameylli yarımmüdafiəçisi Flavyeni Teni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar. 26 yaşlı fransalı futbolçu yeni komandasında 20 nömrəli formanı geyinəcək.

“Şatoru” klubunun yetirməsi olan Te, “Anje”də 2016-cı ildən forma geyinirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp