Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, artıq 3-cü təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib.

Avqustun 6-7-də və 13-də baş tutacaq mərhələdə 10 cüt üz-üzə gələcək. Onlardan 6-sı Çempionlar yolu, 4-ü Liqa yolunda olacaq.

Azərbaycan çempionu “Qarabağ” bu mərhələdə APOEL-lə qarşılaşacaq. İlk oyun Kiprdə, cavab qarşılaşması isə Bakıda keçiriləcək.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi

Çempionlar yolu
ÇFR (Kluj, Rumıniya) – "Seltik" (Şotlandiya)
APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan)
PAOK (Yunanıstan) – “Ayaks” (Hollandiya)
“Dinamo” (Xorvatiya) – "Ferensvaroş" (Macarstan)
“Srvena Zvezda” (Serbiya) – “Kopenhagen” (Danimarka)
“Maribor” (Sloveniya) – “Rusenborq” (Norveç)

Liqa yolu
“Başakşəhər” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) – LASK (Avstriya)
“Krasnodar” (Rusiya) – “Portu” (Portuqaliya)
“Brügge” (Belçika) – “Dinamo” (Kiyev, Ukrayna)

Shares: