Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı futbolçu Fernando Andradeni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu Portuqaliyanın “Portu” klubundan 1 illik icarəyə götürülüb.
Maraqlıdı ki, “Portu” sözügedən oyunçunu elə bu yay “Santa Klara”dan transfer etmişdi. Hücumameylli yarımmüdafiəçi daha öncə Braziliyanın “San Kaetano”, “Quarani”, “Rio Branko”, Yaponiyanın “Vissel Kobe”, Portuqaliyanın “Oriental”, “Penafiel”, “Santa Klara” klublarında da forma geyinib.