Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı sol cinah müdafiəçisi Tyaqo Pintonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Sportinq”in yetirməsi olan Tyaqo ölkəsində “Braqa”, “Rio Ave” klublarında da forma geyinib. Bir müdət İspaniyanın “Deportivo” və “Rasinq” klublarında legioner həyatı yaşamış Pinto, 2015-ci ildən Türkiyədə çıxış edir. O, 2018-ci ilə qədər “Osmanlıspor”un uğurları üçün çalışıb. 2018-ci ildə “Ankaragücü”nə keçən futbolçu bu komandada 26 oyuna 1 qol vurub.
“Ankaragücü” ötən mövsüm formasını geyinən Rikardo Fati ilə də 1 illik yeni müqavilə imzalandığını açıqlayıb.