Geridə qalan mövsümün sonunda “Qarabağ”dan ayrılan İnnosent Emeqara karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Futbolinfo.az xəbər verir ki, İsveçrə vətəndaşı olan nigeriyalı fubolçu Türkiyənin 1-ci liqasında mübarizə aparan “Fatih Karagümrük”lə müqavilə bağlayıb. 

Bu barədə klub özünün “facebook” səhifəsində xəbər verib. Müqavilənin detalları haqqında əlavə məlumat verilməyib.

2014-2015-ci illərdə “Qarabağ”ın şərəfini qorumuş 30 yaşlı futbolçu, 2018-ci ildə yenidən Ağdam təmsilçisinə qayıtmışdı. Keçən mövsümün sonunda onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmişdi.

Qeyd edək ki, “Fatih Karagümrük”də Azərbaycan yığmasının sabiq futbolçusu Toğrul Erat da çıxış edir. Ötən mövsümü 2-ci Liqada keçirən futbolçumuzun komandası yekunda 1-ci Liqaya vəsiqə qazanmışdı.

Shares: