İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Eşli Koul karyerasını bitirib.
Futbolinfo.az xəbər verir ki, bu barədə 38 yaşlı sabiq müdafiəçi özü məlumat yayıb. O, karyerasını bitirdiyini və məşqçiliyə başlayacağını bildirib.
“Arsenal”ın yetirməsi olan Koul, 2006-2014-cü illər aralığında “Çelsi”də çıxış edib. “Zadəganlar”dan ayrıldıqdan sonra “Roma”, “Los Anceles Qalaksi” kimi klubların şərəfini qoruyan müdafiəçinin son iş yeri “Derbi” komandası olub.
Eşli Koul 107 dəfə İngiltərə millisinin formasını geyinib.