İtaliya çempionu “Yuventus” bu yay “Roma”dan transfer etdiyi Luka Pelleqrinini icarəyə verib.

Futbolinfo.az xəbər verir ki, 20 yaşlı sol cinah müdafiəçisi 2019/20 mövsümünü “Kalyari”də keçirəcək. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Pelleqrini ötən mövsümün ikinci dövrəsini də icarə əsasında məhz “Kalyari”də keçirib və bu komandada 12 oyuna çıxıb.

“Roma”nın yetirməsi olan Pelleqrini 22 milyon avro qarşılığında “Yuventus”a transfer olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp