“Azarkeşlərin tribunalardan kənarlaşdırılması ilə bağlı klubumuz tərəfdən heç kimə heç bir göstəriş verilməyib, müraciət olunmayıb”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında “Neftçi”nin prezidenti Kamran Quliyev bildirib.

Klub rəhbəri fikirlərini bu cür əsaslandırıb: “Klubumuzun mühafizə xidməti var. Kimisə stadiondan, tribunadan uzaqlaşdırmaq niyyətimiz olsa, onu məhz mühafizə xidmətimizin vasitəsiylə həyata keçirərik. Bir daha təkrar edirəm, “Neftçi” heç kimə bu məsələylə bağlı müraciət etməyib”.

Xatırladaq ki, ötən gün Azərbaycan Premyer Liqasının ilk turunda üz-üzə gələn “Neftçi” – “Sabah” matçının fasiləsində “Neftçimaniya” azarkeş qrupu polis tərəfindən tribunalardan kənarlaşdırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp