"Qarabağ" "Ərzurumspor"un qapıçısı İbrahimin Şehiçi geri qaytarmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bosniyalı qolkiperin keçidini həll etməyə çalışır. Amma…

İş orasındadır ki, Ərzurum təmsilçisi 31 yaşlı "çərçivə" qoruyucusunu kompensasiyasız buraxmaq niyyətində deyil. "Ərzurumspor" Şehiçə görə Azərbaycan çempionundan 250 min avro təzminat istəyib. 

"Ərzurumspor" Superliqadan 1-ci Liqaya düşdüyündən Şehiç Azərbaycana qayıtmaqda maraqlıdır. Ancaq bosniyalı qapıçının klubla hələ 1 illik müqaviləsi var. (Sportinfo)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp