Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Futbolinfo.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında Poletto Fabio Jose millinin toplanışından azad edilib.

Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp