Almaniyanın “Bayer” klubu futbolçusu Tin Yedvayı icarəyə verib.

Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 24 yaşlı xorvatiyalı müdafiəçini Bundesliqanın digər iştirakçısı “Auqsburq”a icarəyə göndərib. Yedvay 2020-ci ilin yayına kimi məhz bu komandanın uğurları üçün çalışacaq.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Yedvay, 2014-cü ildə İtaliyanın “Roma” klubundan “Bayer”ə transfer olunub. Sözügedən futbolçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya və Azərbaycan millilərinə qarşı keçirəcəkləri oyunlar üçün yığmaya çağırılıb. Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da Slovakiyanın, 9-da isə Azərbaycanın qonağı olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp