İtaliyanın “Cenoa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisinin İtaliyanın digər klubu “Kalyari”dən Marko Payaçı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 1 illik icarəyə götürülən yarımmüdafiəçinin transfer hüquqları da mövsümün sonunda “Cenoa”ya satılacaq.
26 yaşlı xorvatiyalı futbolçu 2016-cı ildən “Kalyari”də çıxış edir. Amma o, bu müddətdə “Benevento”, “Peruca” və “Empoli” klublarında da icarədə oynayıb.