AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Andorra ilə ev oyunu Türkiyə yığmasının kapitanı Emre Belözoğlu üçün əlamətdar olub.

Futbolinfo.az xəbər verir ki, hazırda “Fənərbaxça”nın uğurları üçün çalışan 39 yaşlı futbolçu millidə yubiley – 100-cü matçını keçirib.

Ötən gün Emre həm də doğum gününü qeyd edirdi. Komandası ona həm doğum günü, həm də yubiley hədiyyəsi edib və meydanı çətinliklə də olsa, 1:0 hesablı qələbə ilə tərk edib.

Emre Türkiyə yığmasında ən azı 100 oyun keçirən 4-cü futbolçudu. O, bu oyunlarda 9 qola imza atıb. O, millidəki debüt matçına 2000-ci ildə Norveçlə yoxlama oyununda çıxıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp