“Zədəm yaxşıya doğru irəliləyir. Müalicəni davam etdirirəm”. Bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov deyib.
Zədəli olan təcrübəli futbolçu yaşıl meydanlara nə zaman qayıdacağından söz açıb: “Yəqin ki, bu qışdan sonra olacaq. Çünki tam sağalmaq üçün mənə vaxt lazımdır. Böyük ehtimalla? qış fasiləsindən sonra tam özümə gələcəm”.
Ramaldanov komandanın son oyunlardakı çıxışından danışıb: “Komanda öz oyununu demək olar ki tapır. Sadəcə? çox çalışmaq, məşq etmək lazımdır. Bundan sonra hər şey yaxşı olacaq. Qışdan sonra komanda tam, kompakt şəkildə olacaq. Bundan sonra daha rahat çıxış edəcəyik. Fikrimcə, hər şey bundan qat-qat yaxşı olacaq”.
Müdafiəçi İbrahim Niassenin transferinə də münasibət bildirib: “O, əvvəllər ölkəmizdə çıxış edib. Onunla bir komandada oynamamışam. Lakin üz-üzə gəlmişik. Yaxşı oyunçudur. Həm də eşitdiyimə görə yaxşı insandır. İnşallah, komandaya köməyi dəyəcək”.
Ramaldanov “Sabah”la bu həftəsonu baş tutacaq matçda qalib gəlmək üçün meydana çıxacaqlarını deyib: “Əlbəttə ki, komanda qalib gəlmək üçün meydana çıxacaq. Lakin “Sabah” da son zamanlar formadadır. Özlərinə gəliblər və inamları artıb. Yaxşı çıxış edirlər. Evdə olsa da, bizi çətin oyun gözləyir”.