Rusiyanın “Spartak” klubunda çıxış edən Ayaz Quliyev komandasını tərk edə bilər.

Futbolinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva klubu qış fasiləsində iki futbolçusu – Ayaz Quliyev və gürcüstanlı Cano Ananidze ilə yollarını ayırmağı düşünür.

Yanvardan etibarən “Spartak”ın şərəfini qoruyan 23 yaşlı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bir neçə gün əvvəl Rusiyanın digər klubu “Dinamo”da çıxış edən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də komandasını tərk edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Shares: