AFFA Həmkarlar İttifaqı bölgələrə səfərini davam etdirir.
Futbolinfo.az xəbər verir ki, AFFA Hİ-nin sədri Nazim Süleymanov və qurumun üzvləri – Səmədağa Şıxlarovla Novruz Əzimov Şirvan şəhərində futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Nazim Süleymanov təşkilatın fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Futbolumuzun durumu ilə bağlı müzakirə aparılıb, Şirvan futbol ictimaiyyətinin təklifləri dinlənilib.
Görüşdə Azərbaycan futbolunun durumu ilə bağlı geniş müzakirələr aparılıb. Şirvanın futbol ənənəsi olduğu halda, hazırda bu şəhər də futboldan tamamilə uzaq qalıb. Şirvanda uşaq futbolu ilə bağlı infrastruktur demək olar ki, yoxdur. AFFA isə bütün bölgələrlə yanaşı, Şirvana da heç vaxt diqqət ayırmayıb.
Şəhərin futbol ictimaiyyəti müzakirələr zamanı diqqəti məhz bu tip problemlərə yönəldib, çıxış yollarını göstəriblər. Şirvan futbol ictimaiyyəti AFFA Həmkarlar İttifaqının yaradılmasını dəstəklədiklərini bildiriblər və qurumun aktiv fəaliyyət göstərməsi üçün hər cür yardım göstərəcəklərini qeyd ediblər.
Daha sonra AFFA Həmkarlar İttifaqının yerli təşkilatının təsis iclası keçirilib. Beləliklə, Şirvanda AFFA Həmkarlar İttifaqının yerli təşkilatı təsis olunub. Tahir Əliyev təşkilata sədr seçilib.