"World Soccer Awards" 2019-cu ilin ən yaxşılarının adlarını açıqlayıb.

Futbolinfo.az saytının məlumatına görə, aparılan səsvermədə "Barselona"nın kapitanı Lionel Messi hamıdan çox xal toplayıb.

Argentinalı superulduz 613 səslə 2019-cu ilin ən yaxşı futbolçusu olub. O, bununla 5-ci dəfə bu ada layiq görülür. 2009, 2011, 2012 və 2015-ci illərdə də eyni uğuru təkrarlayan Messi bu sayda "Yuventus"un hücumçusu Kriştianu Ronaldoya çatıb.

İlk "üçlüy"ün digər simaları "Liverpul"lular olub. Müdafiəçi Vircil van Deyk Messidən cəmi 11 səs az toplayıb. Hücumçu Sadio Mane isə 366 səslə üçüncü olub.

İlin ən yaxşı baş məşqçisi "Liverpul"un çalışdırıcısı Yurgen Klopp seçilib. Almaniyalı mütəxəssis 67 xal toplayıb. İlin komandası isə "Liverpul" olub. 60 səs yığan "qırmızılar" "Ayaks" və "Mançester Siti"ni aşkar üstələyib.

 

İlin futbolçusu nominasiyasında ilk "10-luq"

1. Lionel Messi ("Barselona"/Argentina) – 613 səs

2. Vircil van Deyk ("Liverpul"/Hollandiya) – 602

3. Sadio Mane ("Liverpul"/Seneqal) – 366

4. Kriştianu Ronaldo ("Yuventus"/Portuqaliya) – 307

5. Kilian Mbappe (PSJ/Fransa) – 216

6. Məhəmməd Salah ("Liverpul"/Misir) – 200

7. Alisson Beker ("Liverpul"/Braziliya) – 154

8. Robert Levandovski ("Bavariya"/Polşa) – 142

9. Frenki de Yonq ("Ayaks"-"Barselona"/Hollandiya) – 140

10. Eden Azar ("Çelsi"-"Real"/Belçika) – 126

10. Rahim Sterlinq ("Mançester Siti"/İngiltərə) – 126

Shares: