Türkiyənin “Qalatasaray” klubu Avropa Liqasının pley-off mərhələsində Şotlandiyanın “Reyncers” komandasıyla qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” Qlazqo təmsilçisi ilə görüşdə Arda Turanın köməyindən istifadə edə bilməyəcək.

Bu barədə “Qalatasaray”ın mətbuat xidməti məlumat yayıb. Qripə yoluxan Arda “Reyncers”lə oyunun heyətinə salınmayıb.

Sabah keçiriləcək “Reyncers” – “Qalatasaray” oyununa saat 22:45-də start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp