Ermənistanın Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə tutub.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Düşmənin Ağdərədə yerləşən qərargahına da zərbə endirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp