“Sabah”ın daha 5 futbolçusu koronavirusa yoluxub. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovdan aldığımız məlumata görə, Nikola Vuyadinoviç, Ozan Can Kökcü, Slavik Alxasov, Məhəmməd Mirzəbəyov və Kevin Kubembanın da test nəticələri pozitiv çıxıb.

Daha əvvəldən aktiv xəstə olduğu bilinən Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Rodriqes bugünlərdə yenidən test verəcək. Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Elşən Abdullayev, Abbas Ağazadə və Ceyhun Nuriyev artıq sağalaraq sıraya dönüb.

Qeyd edək ki, kütləvi yoluxma səbəbindən Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilməli olan 3 görüş təxirə salınıb. “Sabah” dekabrın 5-də evdə “Neftçi” ilə qarşılaşmalı idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp