İngiltərənin “Sauthempton” klubu müdafiəçisi Yan Bednareklə müqavilənin müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə 24 yaşlı polşalı futbolçu ilə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun əvvəlki müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər idi.

Xatırladaq ki, Polşanın “Lex” klubunun yetirməsi olan Bednarek 2017-ci ildən “Sauthempton”un uğurları üçün çalışır. O, həm də Polşa yığmasının üzvüdür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp