Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan saxlanılıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə keçmiş prezidentin vəkili Amram Makinyan məlumat yayıb.

Vəkil bildirib ki, Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb. Onun sözlərinə görə, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp