İngiltərənin “Brayton” klubu futbolçusu Qlenn Murreyin müqaviləsinin müddətini artırıb.

Futbolinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 36 yaşlı hücumçuyla müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2014-cü ildən “Brayton”da forma geyinən Murreyin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.

Bu mövsüm 16 matçda iştirak edən forvard, 1 qolla yadda qalıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp