İtaliyanın “Sampdoriya” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi “Norşellan”dan Mikkel Damsqoru transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb. Damsqor mövsümün sonuna qədər Danimarkanın klubunda qalacaq.