Türkiyənin “Yeni Malatyaspor” klubu baş məşqçisi Kemal Özdeşi istefaya göndərib.

Futbolinfo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

“Yeni Malatyaspor” Super Liqanın 24-cü turu çərçivəsində səfərdə “Denizlispor”a 0:2 hesabıyla uduzub. Bu oyundan sonra klubun idarə heyəti təcili iclas keçirib və baş məşqçinin istefasına qərar verilib. Kemal Özdeş ilə görüş keçirən klub rəhbərliyi onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

Kemal Özdeş “Yeni Malatyaspor”a bir ay əvvəl Sergen Yalçının istefası sonrası baş məşqçi təyin olunmuşdu. Onun rəhbərliyi altında 5 oyuna çıxan komanda, bu görüşlərin hamısından məğlub ayrılıb.

“Yeni Malatyaspor” hazırda 24 xalla 18 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Shares: