Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sabah” oyununun biletləri satışa çıxarılıb.

Futbolinfo.az xəbər verir ki, qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündü.

Qarşıdan gələn 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımların stadiona girişi pulsuz olacaq.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Sabah” oyununa saat 18:00-da start veriləcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp