İtaliyadakı futbol çempionatlarında reqlament dəyişikliyi ola bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının prezidenti Qabriele Qravina ölkə mətbuatına açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, koronavirusa görə aprelin 3-dək təxirə salınan çempionatları başa çatdırmaq mümkün olmasa, yeni sistem tətbiq oluna bilər. Q.Qravina hazırkı sıralamaya əsasən, çempionluq üçün pley-off, aşağı dəstəyə düşməmək üçün isə pley-aut sisteminə keçə biləcəklərini istisna etməyib.

Qeyd edək ki, hazırda İtaliya A Seriyasında turnir cədvəlinə 63 xalla “Yuventus” başçılıq edir. 1 xal az toplayan “Latsio” isə 2-ci pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp