“Sabah” Azərbaycan Premyer Liqasında ikinci mövsümünü keçirir.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda yüksək liqada bu günə kimi 42 futbolçunun xidmətindən istifadə edib.
Çempionatda oyun sayına görə “Sabah”ın rekordçusu serbiyalı qapıçı Saşa Stamenkoviçdi. 35 yaşlı qolkiper “Sabah”ın heyətində Premyer Liqada 42 oyun keçirib. Saşa həm də, klubun heyətində ən çox oyun keçirmiş futbolçudu. O, ümumilikdə 46 matçda komandanın qapısını qoruyub (42 çempionat, 4 kubok).
Stamenkoviçin ən yaxın izləyicisi Məqsəd İsayevdi. 25 yaşlı müdafiəçi 39 qarşılaşmada “ağ-göy” formanı geyinib. Hərəyə 38 oyun keçirmiş Cavid İmamverdiyev və Filip İvanoviç isə bu siyahıda 3-4-cü pillələri bölüşürlər.
“Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında ən çox oyun keçirmiş 10 futbolçu: